Dostuna göndər
Bakıda yüksək maaş yaşadığınız yerdən asılıdır

Bakıda yüksək maaşı olanlar eyni rayonlarda yaşayırlar. Paytaxtda daha çox gəliri olanlar və ən aşağı qazancı olan rayonların yerləri müəyyənləşdi. Səbail ən çox qazancı olanların yaşadığı rayonların başında gedir. Bakı şəhərinin ən aşağı əmək haqqısı olan əhalisi isə Binəqədi rayonunda yaşayanlardır. Bakı şəhəri və rayonları üzrə muzdla işləyənlərin orta əmək haqları bunu deməyə imkan verir.

Aşağıdakı infoqrafikada görünür ki, 4 rayondan başqa digər rayonlarda yaşayanlar hətta orta Bakı maaşından aşağı pul qazanırlar. Sarı nöqtələrin üzərində vurduqda məlumat peyda olacaq, cədvəli sağa-sola çəkərək məlumatları rahat oxuya bilərsiniz.

Orta xətt Bakı üzrə orta maaşı göstərir. Ancaq, Binəqədi, Nərimanov və Sabunçu rayonunda yaşayanların əmək haqları Azərbaycan üzrə orta maaşlardan da aşağıdır.

İstifadə olunan məlumatlar Azərbaycan Respublikası Dövlət Statisitika komitəsinin Bakı şəhər Statistika İdarəsinin “Bakı şəhərinin statistika göstəriciləri 2017” rəsmi nəşrinə əsaslanır.