Dostuna göndər

Bakı metropolitenindəki stansiya sayı 25-dir. Metrodakı sıxlığın əsas səbəbi də məhz stansiyaların azlığıdır. Hazırda dünyada fəaliyyət göstərən 169 metro sistemini araşdırdıq. Eslinde.com apardığı araşdırmaya əsasən, il ərzində hər stansiyadan Azərbaycanın əhalisi qədər sərnişin istifadə edir. Bu da sıxlığın yaranmasının əsas səbəblərindən biridir. Bakıdan başqa bu hal Minsk və Karakasda müşahidə olunur. Amma, məsələn, Minskdə digər nəqliyyat növləri və sayı Bakıdakından çoxdur, halbuki şəhər əhalisi daha azdır.

Bakıda cəmi 148 avtobus marşrutu üzrə 2046 avtobus hərəkət etdiyi halda, Minskdə 167 avtobus, 65 trolleybus, 7 tramvay, 1 elektrobus və şəhər elektrik qatarı var. Bütün marşrutlar üzrə 2897 nəqliyyat növü xidmət göstərir. Həm marşrut, həm nəqliyyat növü, həm də əhalisi daha az olan Minsk irəlidədir.

Bakı stansiyalarda sıxlığa görə 14-cü yerdədir. Əslində siyahıda  Azərbaycandan öndə olan ölkələrin hamısı böyükdür. Onlardan yalnız birinin – Belarusun əhalisi Azərbaycandakı ilə demək olar ki, eynidir.

Aşağıda hər stansiyada daşınan sərnişinlərin sayına uyğun bölgü aparmışıq. Hər şəhərin qarşısında klikləsəniz bir metro stansiyasına düşən sərnişin sayını görəcəksiniz. (Hazırda Bakı metrosunda 1 stansiyanın işləməməsi nəzərə alınmayıb).


Karakasda isə metronun 49 stansiyasından başqa kanatla hərəkət edən metrokeybl sistemi var ki, onun da 7 stansiyası sərnişinlərə xidmət göstərir. Beləliklə, hətta ən yaxın müqayisəli ölkə və şəhərlərdə Bakı metropolitenində olan sıxlıq müşahidə edilmir.

Məqalədə Bakı Nəqliyyat Agentliyinin, Minsktrans-ın, müxtəlif ölkələrin metropolitenləri haqda açıq databazalardan istifadə olunub.

Şərh yazın