Dostuna göndər

Azərbaycanda boşananların sayı artır, amma əvvəlki dövrlərdə bundan da çox olub. Statistikaya görə, son 30 ildə  belə hal ən çox 90-cı illərdə olub. 

Azərbaycanlı kişilərin boşanmaya ən çox meyl etdikləri dövr evliliklərinin ilk 5 ilidir. Qadınlarda bu hal daha uzun çəkir–9 il. Boşanmalar yaşa görə də fərqlənir. Məsələn, boşanan 4 kişidən biri 30-34 yaşında olur. Qadınlar isə daha tez–adətən (26.2%) 20-25 yaşlarında boşanırlar.

Boşanma sayı artsa da, əhalinin artımı da nəzərə alınmalıdır. Sağdakı göstəricilər də məhz real artımın nə qədər olduğunu göstərir.

Son 30 ildə ən çox boşanma 1990-cı ildə qeydə alınıb. Həmin il ölkə üzrə rekordu Şərur rayonu göstərib. Hər 1000 nəfərdən 11.8-i boşanıb. İlk üçlükdəki digər iki yeri (1000 nəfərə 10 olmaqla) Gədəbəy və Babək rayonu bölüşüb.

Hazırda ən az boşanma qeydə alınan yer Naxçıvan MR-nın Sədərək rayonudur. Son 2 ildə bu rayonda rəsmi olaraq, heç kəs boşanmayıb.

Kənd və şəhər yerləri arasında da fərq var. Şəhərlilər boşanmağa daha çox meyllidirlər. Son iki ildə kəndlərdə hər 1000 nəfərə cəmi 1 nəfər boşanırsa, şəhərlərdə bu göstərici 1.9-dur.

Bakı həm də boşanmalar üzrə paytaxtdır. Bakıda bu göstəriciyə görə lider Yasamal rayonudur.

Qadın və kişilərin boşanma yaşları həm də rayondan rayona çox fərqlənir.


Ölkə tarixində ən çox boşanma 1935-ci ildə qeydə alınıb. Ən az boşanma isə 1970-ci ildə kənd yerlərində qeydə alınıb. O zaman bütün Azərbaycan kəndləri üzrə bu göstərici cəmi 5 olub.

 

Şərh yazın