Dostuna göndər

Azərbaycan qadınları bəzənməyi sevir, bunu hamı bilir- özümüz də, bizi bilən yadlar da deyirlər. Yəqin ona görədir ki, Bakıda, elə başqa şəhərlərimizdə də, hər addımbaşı qadın salonuna rast gəlmək bizləri olmasa da, xariciləri təəccübləndirir. Rəsmi rəqəmlərə görə, təkcə Bakıda salonların sayı 2 minə yaxındır, hələ bunun qeydiyyata düşməyəni, evində işləyənləri var…

Eslinde.com saytının araşdırması göstərir ki, Bakının bircə Xətai rayonunda 400-ən çox salon var. İkinci yeri Nəsimi rayonu tutur, burda qadınlara 300-dən çox salon xidmət göstərir. Salon “qıtlığından” “əziyyət çəkənlər” yalnız Sabunçu rayonunun qadınlarıdır, orda da gözəllik salonlarının sayı 100-dən çoxdur.

Gözəllik salonu demiş, qadınların özünə sığal çəkdiyi məkanların çoxu elə belə də adlanırmış. Aşağıdakı dairələrə tıklasanız, Bakının bütün rayonlarında salon adlarını əks etdirən dairələrdən ən böyüklərinin “gözəllik salonu”, ya da “gözəllik” sözünə işarə etdiyini görərsiniz.

Qalan qadın salonları əsasən qadın adlarını daşıyır. Bir də “studiya”, “art”, “şarm” kimi sözlərdən yararlananlar xeylidir.

Sumqayıtda gözəllik salonlarının sayı Gəncədən çox olması da maraqlı faktdır. Sumqayıt qadınları gözəllik üçün daha çox Üzeyir hacıbəyli və Koroğlu küçəsindəki gözəllik salonlarına üz tuturlar.


Araşdırma göstərir ki, epilyasiya aparatlarına sahiblənən salonların sayı da sürətlə artır. Eslinde.com-un  apardığı araşdırmaya görə, indi Bakıda təxminən hər 12 salondan biri epilyasiya xidməti göstərir.

Maraqlı fakt ondan ibarətdir ki, Azərbaycanda hər 1000 qadına düşən gözəllik salonlarının sayı ABŞ-dakından çoxdur. 

Şərh yazın