Türkiyədən başqa İŞİD, Rusiya, İran, İsrail, ABŞ, kürd hərbi qüvvələri Suriyada hələ də qalır
Türkiyə Suriyanın şimalında yerləşən bölgədə yeni hərbi əməliyyat keçirməyə başlayıb. Suriyada müharibənin bitdiyini elan edən Rusiya öz hərbçilərini çıxaracağını iddia edirdi, amma hələ də ordu Suriyada qalmaqdadır. Bunu prezident Vladimir Putin Suriyada səfərdə olanda dedi. ABŞ prezidenti ondan cəmi bir gün sonra Suriyada İŞİD üzərində qələbə çaldıqlarını bəyan etdi. Əslində vəziyyət elə də sadə deyil. İŞİD hələ də Suriyadadır, bölgələr də qüvvələr arasında bölünmüş görünür. Yanvarın 21-nə olan xəritədə hazırda Suriyada qüvvələrin necə bölündürüyün göstərilib.
Xəritəyə əsasən Suriya ərazisi bir sıra qüvvələr tərəfindən bölünmüş vəziyyətdədir. Göründüyü kimi İŞID hələ də ölkənin şərqi və mərkəzi hissələrində böyük ərazilərə nəzarət edir. Suriyada başqa ölkələrin hərbi qüvvələri də ölkə daxilində fəaliyyət göstərirlər. Xəritənin yaradılması üçün beynəlxalq medianın xəbərlərinə əsaslanan və 2015-ci ildən bu sahədə bütün xəbərləri və məlumatları incələyən Liveuamap-ın məlumatlarından istifadə olunub.
Hazırda Türkiyənin daxil olduğu ərazidə vəziyyət isə aşağıdakı xəritədə aydın görünür
Türkiyə hərbi qüvvələrinin iştirak etdiyi hərbi döyüşlərin yerləri: