Dostuna göndər

Tarif Şurasının qərarı ilə Bakıdan digər şəhər və rayonlara gedən avtobusların qiymətləri də artırılıb. Yeni qərara əsasən hər 1 km yol üçün şəhərlərarası avtobuslar üçün qiymət 2,4 AZN müəyyənləşdirilib. Bu rəsmi rəqəmdir və biletlə alınan gedişlərə aiddir. Yəni bilet almadan səyahət edən sərnişinlər üçün qiymətlər bundan da baha ola bilər. İstiqamətlər üzrə rəsmi rəqəmlər açılmasa da, Eslinde.com-un komandası hər bir istiqamət üzrə hesablamalar aparıb. İndiyə qədər Bakı-Gəncə rəsmi avtobus bileti 5.57 AZN olduğu halda, avqustdan bu qiymətlər 8.35 AZN oldu. Yəni bu istiqamət üzrə qiymət artımı 50% təşkil edir.


Bakı-Naxçıvan üzrə qiymətlər hələ müəyyən edilməyib, lakin gözlənilir ki, indiki 25 manatlıq yol daha da bahalaşacaq.

Şərh yazın