Dostuna göndər

Azərbaycanda yolların işıqlandırılması

Azərbaycanda şəhər və qəsəbələrin, kəndlərin və yolların işıqlandırılması nə vəziyyətdə olduğu haqda məlumatları tapmaq çətindir. Ancaq alternativ olaraq kosmosdan görüntülər vasitəsilə bu işıqlandırılma səviyyəsini müəyyən etmək mümkündür. Ölkəmizdə bununla bağlı vəziyyəti əks etdirən görüntüdə sizi maraqlandıran məkanları müəyyən edə bilərsiniz. Məsələn paytaxt və digər şəhərləri və qəsəbələri müqayisə etmək mümkündür.

Vəziyyəti daha yaxşı anlamaq üçün müqayisə üçün Avropa və dünyadakı işıqlı gecə şəkilləri verilib. Qaranlıq olan məkanlar üçün bir müsbət cəhət var: işıqlı yaşayış məskənlərindən fərqli olaraq orada hava imkan verdikdə minlərlə ulduzu seyr etmək mümkündür. Məhz həmin məkanlar da astronomiya və ulduzlarla bağlı araşdırmalar üçün əlverişlidir.

Aşağıdakı şəkillər avtomatik olaraq bir neçə saniyədən bir dəyişir.

Eslinde.com

 

Şərh yazın